Qaraçılar tanınmış idmançının pullarını oğurladı - VİDEO

23 Mart 2024 03:10 Hadisə 5 194
Qaraçılar tanınmış idmançının pullarını oğurladı - VİDEO

Rusiyalı yüngül atlet, 2004-cü il Olimpiya Oyunlarının gümüş mükafatçısı, Dünya və Avropa çempionu Olesya Krasnomovetsin sənədləri və pulları olan çanta oğurlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə idmançı özü sosial şəbəkədə bildirib.

İtaliyanın Roma şəhərində olan tanınmış idmançı qaraçılar tərəfindən qarətə məruz qalıb.

“Əsəblərim tarıma çəkilib. Bir dəqiqə belə burada olmaq istəmirəm. Evə getməyi çox istəyirəm. Bu sadəcə kabusdur. Güclə dayanmışam", - Krasnomovets instaqram səhifəsində qeyd edib.

İdmançı qeyd edib ki, o, oğurlanan çantasının yerini qulaqcıqlar sayəsində müəyyən edib. Oğurlanan əşyaları qaytarmaqdan imtina edən bir qrup qaraçı olduğu üzə çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"