Prosineçki "Qarabağ"lı legionerləri oynatdı, qələbə əldə etdilər

23 Mart 2024 02:40 Hadisə 1 589
Prosineçki "Qarabağ"lı legionerləri oynatdı, qələbə əldə etdilər

“Qarabağ”ın legionerləri Marko Yankoviç və Marko Veşoviç Monteneqro millisində növbəti oyuna çıxıblar.

Sportinfo.az xəbər verir ki, hər iki futbolçu Belarusa qarşı keçirilən yoldaşlıq matçında start heyətində yer alıb.

Veşoviç sona qədər oynayıb. Yankoviç isə 66-cı dəqiqədə əvəzlənib. Görüş Monteneqronun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Monteneqro millisini hazırda Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırır. Belarusla qarşılaşma onun üçün Monteneqro millisində debüt oyunu olub.

Monteneqro millisi martın 25-də Şimali Makedoniya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"