Premyer Liqa oyununda iftar mənzərəsi - VİDEO

21 Mart 2024 22:55 Hadisə 698
Premyer Liqa oyununda iftar mənzərəsi - VİDEO

Müqəddəs Ramazan ayı futbolçular üçün ən çətin dönəmdir.

Günboyu mədələrinin “təhlükəsizliyinin” qayğısına qalan top ustaları bəzən oyun saatlarında ac qarına mübarizə aparırlar və iftar saatını səbrsizliklə gözləyirlər.

“Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasında bunun canlı şahidi olduq.

Oyunun 26-cı dəqiqəsində matçda kiçik pauza yarandı ki, hər iki komandanın oruc tutanları texniki zonaya sözün əsl mənasında hücum çəkdilər.

Xurma və su ilə iftar açan oyunçular yenidən meydana qayıtdılar.

HƏBİB / SPORTİNFO.AZ

Həmin anın görüntülərini təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!