Laçın klubu 33 illik ayrılıqdan sonra doğma rayona qayıdır

21 Mart 01:20 Hadisə 345
Laçın klubu 33 illik ayrılıqdan sonra doğma rayona qayıdır

Aprelin 14-də, saat 15:00-da Laçın Şəhərində "Laçın" mini futbol komandası ilə "Azər Duz” (Masazır) qarşılaşacaq.

иu barədə açıqlamasında "Laçın"жт rəhbəri, MMA döyüşçüsü Elçin Hüseynov deyib.

"Dörd il əvvəl yaratdığım "Laçın" mini futbol klubu bir çox uğurlara imza atıb. 2023-2024 mövsümündə futbolun həvəskarlar liqasında 24 komandadan ibarət turnirdə finala vəsiqə qazanmışıq.

33 illik ayrılıqdan sonra Müzəffər Ordumuzun azad etdiyi torpaqlarda təşkil ediləcək ilk oyun, ölkənin idman həyatı, eyni zamanda doğma yurdlarına qayıtmış laçınlılar üçün əhəmiyyətli və çox maraqlı hadisəyə çevriləcək”, deyə E.Hüseynov bildirib.

"Laçın" 1/8-də birdə "Ultra”, 1/4-də Zabratın "Azilon” ,1/2-də isə "Bakutex” komandasını meğlub edərək finala çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti