Ronaldonun şəklini otağından asan bakılı onunla söhbətini açıb-tökdü… VİDEO

20 Mart 2024 18:35 Hadisə 1 255
Ronaldonun şəklini otağından asan bakılı onunla söhbətini açıb-tökdü… VİDEO

İTV kanalında efirə gedən «Milyonlarun şousu» verlişində Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo və «Neftçi»nin kapitanı Emin Mahmudovdan söz düşüb.

Proqramın iştirakçısı olan Bakı sakini Namiq Mustafayev mərhum bəstəkar Emin Sabitoğlu ilə bağlı aparıcı Fatehin sualını cavablandırarkən, «ağ-qaralar»ın yarımmüdafiəçisini xatırlayıb.

O, bu xüsusda maraqlı fakt açıqlayıb.

N.Mustafayev həmçinin Ronaldonun illər öncə Bakıya səfərini yada salıb. Bildirib ki, ölkəsinin komandasının tərkibində paytaxtımıza təşrif buyuran məşhur hücumçu ilə görüşmək fürsəti əldə edib:

«10-15 dəqiqə danışdıq. Dünya futbolundan, klubların vəziyyətdən söz açdıq.

Ronaldo kənardan göründüyü kimi deyil. Çox sadə və səmimi biridir.

Mənə dedi ki, Azərbaycan millisinə 4 qol vuracağıq. Onunla razılaşmadım, cavab verdim ki, qarşılaşma heç-heçə bitəcək.

Amma sonda nə o deyən oldu, nə də mən deyən. Oyun Portuqaliyanın 2:0 hesablı qələbəsiylə bitdi».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"