“Biabırçılıq və alçaqlıqdır”

20 Mart 08:40 Hadisə 624
“Biabırçılıq və alçaqlıqdır”

"Prezident Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistan hakimiyyəti Qarabağ məsələsi üzrə danışıqlar zamanı hər zaman və mütləq olaraq hər hansı azad edilmiş ərazilərdən qoşunların çıxarılmasını Qarabağın müstəqil statusu məsələsi ilə əlaqələndirirdi".

Bu sərsəm açıqlama ilə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan çıxış edib.

Bununla da Köçəryanın ofisi Ermənistan XİN başçısı Ararat Mirzoyanın səsləndirdiyi fikirləri təkzib etməyə çalışıb.

“Bu, tarixi faktdır və ərazinin təhvil verilməsi ilə bağlı danışıqların aparıldığını iddia etmək biabırçılıq və alçaqlıqdır. Bu gün xarici işlər naziri postunu tutan şəxs öz rəisini üstələyib”-Köçəryanın ofis rəhbəri A.Mirzoyanı təhqir edib.

Digər Xəbərlər
Xəbər Lenti