Laçında ilk Novruz, ilk yarmarka - MARAQLI FOTOLAR

20 Mart 2024 07:20 Hadisə 531
Laçında ilk Novruz, ilk yarmarka - MARAQLI FOTOLAR

Laçında 32 il sonra ilaxır çərşənbəsi böyük coşqu ilə qeyd edilib.

Həkəri çayının kənarında təşkil edilən bayram tədbirində həm də “Can Laçın” adlı Novruz yarmarkası açılıb.

Azərbaycan Prezidentinin Laçın üzrə Xüsusi Nümayəndəliyi, Bakı Abadlıq Xidməti MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bayram tədbirində rəsmi şəxslər, Laçın sakinləri, Laçının tikinti və abadlıq işlərində çalışanlarla bərabər qonaqlar da iştirak edib.

“Can Laçın” yarmarkasında həm Laçında ərsəyə gələn məhsullar, həm də respublikanın müxtəlif bölgələrindən gəlmiş sənətkarların əl işləri sərgilənib. Bayram tədbirində milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunub, Novruz tonqalı alovlandırılıb, iştirakçılar “Yallı” və şən musiqi sədaları altında rəqs ediblər.






Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"