Rövnəq Abdullayev gedəcəyini bildi, artıq xərcə düşmək istəmədi - FOTOLAR

19 Mart 14:40 Hadisə 610
Rövnəq Abdullayev gedəcəyini bildi, artıq xərcə düşmək istəmədi - FOTOLAR

AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov Ağsu şəhər stadionuna baxış keçirib.

AFFA rəhbərliyi təmir işlərindən sonra stadionda yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, 2011-ci ildə açılışı olmuş Ağsu şəhər stadionu 3 min tamaşaçı tutumuna malikdir.

Təmir işlərindən sonra arenanın oturacaqları dəyişdirilib, tribunaların dam örütüyü yenilənib. İşıqlandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıb, ərazidə ümumi abadlıq işləri görülüb.

Ot örtüyünün yayda dəyişdirilməsi nəzərdə tutulub. Niyə o vaxt? Çünki süni qazonun yenilənməsi üçün 350-400 min manat vəsait lazımdır.

Rövnəq Abdullayev qarşıdakı günlərdə AFFA-dan gedəcəyini bildiyi üçün bu qədər xərcə düşməyə lüzum görməyib.

Ağsu stadionu federasiyanın balansındadır. Buraya nəzarət isə R.Abdullayevin yaxın dostu, uzun illər SOCAR-da çalışmış Mikayıl İsmayılovun yaxın qohumlarındadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"