Respublika Stadionunun qarşısında parkinqi avtobuslar üçün ayırdılar - FOTOLAR

19 Mart 13:20 Hadisə 264
Respublika Stadionunun qarşısında parkinqi avtobuslar üçün ayırdılar - FOTOLAR

“Gənclik Mall” və Tofiq Bəhramov adına Respublika Stadionun qarşısında marşrut avtobusları üçün xüsusi zona yaradılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, agentlik tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi üçün növbəti layihə icra edilib: “Gənclik” metrostansiyasının yanında sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb. Yeni HUB sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli Xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azaldılmasında da böyük əhəmiyyətə malikdir.

Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında müvafiq nəqliyyat infrastrukturu yaradılıb. Müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri quraşdırılıb, işıq dirəkləri yeniləri ilə əvəzlənib, yeni yol salınıb, yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Avtobusların hərəkət etməsi üçün təhlükəsizlik adacığında zolaq təşkil olunub. “Gənclik Mall” ticarət mərkəzinin yeraltı parkinqinin girişində svetofor quraşdırılıb.

İlkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus fəaliyyət göstərəcək”.

Bu ərazi bir neçə ay əvvəl minik avtomobilləri üçün parkinq kimi istifadə edilirdi.



Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!