İstefa verən baş məşqçiyə yeni təklif gəlibmi?

19 Mart 2024 03:40 Hadisə 1 364
İstefa verən baş məşqçiyə yeni təklif gəlibmi?

"Heç bir klub və ya nümayəndə ilə danışıq, görüş gerçəkləşməyib".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Qəbələ"nin sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

43 yaşlı mütəxəssis hazırda gözləmə mövqeyində olduğunu bildirib: "Xeyirlisi nədirsə, o da olacaq".

Baxşıyev Premyer Liqanı daim diqqət mərkəzində saxladığını və bütün çempionat matçlarını izlədiyini vurğulayıb.

O, sabiq klubu "Qəbələ" haqqında çox danışmaq istəməyib: "Sadəcə, komandaya uğurlar arzulayıram".

Elmar Baxşıyev 2019-cu ilin avqustundan "Qəbələ"nin sükanı arxasında olub. Cari il fevralın 24-də istefa verən mütəxəssis 2022/2023 mövsümündə komanda ilə Azərbaycan Kubokunu qazanıb. Baxşıyevi bu postda Kaxaber Tsxadadze əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"