Müharibə vaxtı məşhurlaşan Hikmət baba pensiyasını bu dəfə rayon klubuna bağışladı - VİDEO

19 Mart 2024 00:30 Hadisə 1 495
Müharibə vaxtı məşhurlaşan Hikmət baba pensiyasını bu dəfə rayon klubuna bağışladı - VİDEO

Vətən müharibəsi vaxtı pensiyasından orduya 180 manat ianə etməsi ilə məşhurlaşan Şəkinin Baş Küngüt kənd sakini Hikmət Musayev yenidən gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, pensiyaçı bu dəfə “Şəki City”nin başlatdığı yardım kampaniyasına qoşulub. O, pensiyasından 200 manat vəsaiti II Liqada mübarizə aparan kluba bağışlayıb.

Bildirilib ki, kampaniyada toplanan vəsait komandanın maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf ediləcək.

Hikmət baba kimi tanınan Hikmət Musayev Vətən müharibəsi zamanı atdığı addımla böyük rəğbət qazanmışdı. Daha sonra dövlət qurumlarının əməkdaşları onun evində olmuş, eləcə də Şuşaya səfəri təşkil edilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"