Avropalı məşhur Qurban Qurbanovdan xahiş etdi ki…

18 Mart 2024 14:40 Hadisə 7 961
Avropalı məşhur Qurban Qurbanovdan xahiş etdi ki…

«Bayer» - «Qarabağ» matçından (3:2) sonra Leverkuzendə maraqlı hadisə baş verib.

Ev sahiblərinin baş məşqçisi Xabi Alonso azərbaycanlı həmkarı Qurban Qurbanovla görüşüb.

Təşəbbüs ispaniyalı çalışdırıcıdan gəlib. Görüş bir neçə dəqiqə davam edib. Alonso gözəl komanda yaratması münasibətilə Qurbanovu təbrik eləyib.

Bildirib ki, cari mövsüm «Bayer»ə belə güclü müqavimət göstərən, ona çətin anlar yaşadan ikinci rəqib qarşılarına çıxmayıb.

«Real»ın sabiq ulduzu əmin olduğunu deyib ki, «Qarabağ» tezliklə avrokuboklarda daha yaxşı nəticələr qazanacaq.

O, şəxsi tanışlıqdan məmuniyyətini dilə gətirib, zamanla bu münasibətlərin daha da dərinləşəcəyinə ümid etdiyini söyləyib.

Azərbaycan çempionu Avropa Liqasının 1/8 final mərhələsinin Bakıda keçirilən ilk oyununda 2:2 edib. Almaniyada təşkil olunan cavab qarşılaşması isə ev sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

Patrik Şikin son dəqiqələrdə vurduğu 2 qolla ¼ final mərhələsinə adlayan «Bayer» burada «Vest Hem»lə üz-üzə gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"