Hafiz Məmmədov 1 milyon ödədi, "Yaquar"ını həbsdən çıxardı

8 Dekabr 2023 14:20 Hadisə 6 273
Hafiz Məmmədov 1 milyon ödədi, "Yaquar"ını həbsdən çıxardı

Bakıda 1 milyon manatdan çox borcunu ödəyən şəxsin bazar dəyəri yarım milyon manatdan çox olan avtomobilinin üzərində qoyulan həbs götürülüb.

Sportinfo.az xəbər verir ki, borclu şəxs 698.000 ABŞ dolları borcu və 30 manat dövlət rüsumunu ödəyib.

Bu səbəbdən Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Yaquar" markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülüb.

Sözügedən avtomobilin "Hafka" ləqəbli tanınmış iş adamı Hafiz Məmmədovun oğlanlarının birinə məxsus olduğu iddia edilir.

"Bakı"FK-nın prezidentinin Azərbaycan Beynəlxalq Bankına və Dövlət Vergi Xidmətinə külli miqdarda borcu olub.

Keçmiş iş adamı ötən il Dövlət Vergi Xidmətinə yaranmış borcunu ödəmədiyi üçün həbs edilmişdi. Qısa zamanda borcun 600 min manatını ödəyən "Hafka" ev dustağlığına buraxılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”