Rusiya kubokunda dördüncü turun oyunları keçirilib.
Qrup mərhələsi çərçivəsində təşkil olunan və hər qrupda 4 komandanın yer aldığı yarışda “Krasnodar” “Dinamo” ilə qarşılaşıb.
Krasnodarda baş tutan görüşün 21-ci dəqiqəsində qonaqlar hesabda önə çıxıb. Baş məşqçi 60-cı dəqiqədə erməni Spertsyanı sabiq “Qarabağ”lı vinger Kadi Borgeslə əvəzləmək qərarına gəlib.
Bir saatın tamamında mübarizəyə qoşulan “20 nömrə” 9 dəqiqədən sonra möhtəşəm zərbə ilə “Dinamo”nun qapıçısı Leşçuku topu tordan çıxarmağa məcbur edib.
Braziliyalının qolu yerli azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Əsas vaxt 1:1 hesablı bərabərliklə başa çatdığından, qalib penalti vuruşlarında müəyyənləşib.
Kadi burada da dəqiqlik nümayiş etdirərək komandasının 11 metrlik cərimə zərbələri seriyasında 4:2 hesablı qalibiyyətində pay sahibi olub.
HƏBİB / SPORTİNFO.AZ
Borgesin vurduğu baxımlı qolla aşağıdakı videoda tanış ola bilərsiniz.