"Neftçi" ilə “siftə”

4 İyun 2023 02:00 Hadisə 1 228
"Neftçi" ilə “siftə”

Dünən Azərbaycan Kubokunun final matçı Bakıdakı “Bakcell Arena”da baş tutdu.

Sportinfo.az xəbər verir ki, "Neftçi" - "Qəbələ" qarşılaşmasının məkanı ilk dəfə həlledici görüşə ev sahibliyi etdi.

Ümumilikdə isə əvvəlki 28 finala 7 stadion ev sahibliyi edib. “Bakcell Arena” bu siyahıda 8-ci oldu.

Tofiq Bəhramov adına Respublika stadionunda daha çox – 18 belə matç keçirilib. Qəbələ şəhər stadionunda 3 final təşkil edilib.

Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionu və Naxçıvan Muxtar Respublika Stadionunun hərəsində iki, “Şəfa” (indiki “ASK Arena”), “Dalğa Arena” və “Bank Respublika Arena”da bir dəfə kubokun qalibi müəyyənləşib.

1992-ci ildən keçirilən yarışda 2001/02 və 2019/20 mövsümləri yarımçıq qalıb, 2002/03 mövsümü keçirilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i