Beş futbolçu düşərgəni tərk etdi - Niderland yığmasında

23 Mart 22:00 Hadisə 271
Beş futbolçu düşərgəni tərk etdi - Niderland yığmasında

Niderland millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Fransa və Cəbəllütariq yığmalarına qarşı keçirəcəyi oyunlar öncəsi ciddi itkilərlə üzləşib.

Sportinfo.az xəbər verir ki, komandanın beş futbolçusu virus infeksiyasına yoluxduğu üçün düşərgəni tərk etmək məcburiyyətində qalıb.

Sven Botman (“Nyukasl”), Kodi Qakpo (“Liverpul”), Mateys de Liqt (“Bayern”), Coui Verman (PSV) və Bart Verbrugen (“Anderlext”) yığmadan ayrılıb. Onların əvəzində Rayan Qravenberx (“Bayern”), Kyell Sxerpen (“Vitess”) və Stefan de Vrey (“İnter”) yığmaya dəvət alıblar.

Niderland yığması martın 24-də Fransa millisinin qonağı olacaq, ayın 27-də isə Cəbəllütariqi qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti