
«Lokomotiv» və «Karat»ın baş məşqçisi olmuş Nazir Muradovun uzun illərdən sonra yeni göbrüntüləri üzə çıxıb.
Bu barədə paylaşımı «İmişli»nin baş məşqçisi Ruhid Usubov edib.
«Nazir muəllimlə uzun illərdən sonra görüşüb köhnə illərdən söhbət etdik. Xatırladım ki, bizim böyük futbola gəlməyimizdə bu şəxsin böyük əməyi var» - o, yazıb.
Fotodan görünür ki, Muradov xeyli qocalıb. Əvvəlki qıvraqlığından əsər-əlamət qalmayıb.
O, 15-16 il olar ki, mediadan uzaq düşüb. Bir ara mətbuatda xəbər yayılmışdı ki, özünə kiçik biznes qurub və oradan qazandığı pulla ailəsini dolandırır.
Muradov 2000-ci ildə «Loko»nun sükanı arxasına keçib. Onadək yerli məktəblərin birində idman müəllimi işləyən mütəxəssis yeni yaradılan klubun ilk və sonuncu baş məşqçisi kimi tarixə düşüb.
Asif Nəsrullayevin təklifi ilə komandanı götürən Muradov 2002-ci ildə birinci dəstədə çempionluq sevinci yaşayıb.
Həmin il güclələr dəstəsinə vəsçiqə qazanan «dəmiryolçular» ilk dövrədən sonra maliyyə çatışmazlığına görə çıxışını dayandırıb. O, buradan «Karat»a yollanıb.
Cəmi 2 il Bakı klubunda fəaliyyət göstərən Muradov yenə eyni aqibətlə üzləşib. İmişlidən olan iş adamı Əsabil Qasımovun vəsait ayırmaqdan imtina etməsi ilə «Karat» tarixin arxivinə köçüb.
SPORTİNFO.AZ