Türkiyə millisinin iki oyunçusunun cəsədi dağıntılar altından çıxarıldı

8 Fevral 2023 21:40 Hadisə 542
Türkiyə millisinin iki oyunçusunun cəsədi dağıntılar altından çıxarıldı

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində ölkənin voleybol yığmasının iki üzvü də həlak olub.

Sportinfo.az xəbər verir ki, millinin oyunçuları Mehmet Can Ağırbaş və Emincan Kocabaş həyatını itirib.

“Malatya Büyükşehir Belediyespor”da çıxış edən idmançıların cansız bədənləri qaldıqları otelin dağıntılarının altından çıxarılıb.

Türkiyənin bir neçə şəhərində baş vermiş zəlzələ nəticəsində ümumilikdə 6000-dən çox insan düyasını dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti