"Bilmirəm, birdən nə dəyişdi?"

8 Fevral 2023 20:30 Hadisə 454
"Bilmirəm, birdən nə dəyişdi?"

“KTMT missiyasının yerləşdirilməsinin mümkünlüyünə əmin deyiləm”.

Bunu jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Təşkilatda öz maraqları olan bir çox müxtəlif ölkələr var və onlardan birinin veto qoymayacağına əmin deyiləm. Bizə heç nə demədikləri üçün təfərrüatlarını bilmirəm. KTMT-yə üzv dövlətlərdən birinin rəhbərinin Azərbaycanla bağlı, Əliyevlə bağlı fikirlərini necə ifadə etdiyini özünüz də efirdə gördünüz. Bilmirəm, birdən nə dəyişdi? Biz yalnız aydın siyasi qiymət tələb etdik. Onlar siyasi qiymət verilməsindən belə çəkindilər.

Xovayevin (Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi (14 aprel 2022-ci ildən) -red.) sənədindən heç nə danışılmır. Rusiya Ermənistanın razılaşdığı variantı təqdim etdi, lakin nə üçün müttəfiq tərəfdaşlarımız bu variantda ardıcıl olmadılar və daha sonra Praqa razılaşmasından narazı qaldılar? Məncə, bu elə sualları soruşmaq və müzakirə etmək lazımdır”, - Simonyan bildirib.

Xatırladaq ki, Lavrov Azərbaycan və Ermənistan sərhədində KTMT missiyasının yerləşdirilməsi təklifinin gündəmdə olduğunu deyib.

“Əgər bizim erməni müttəfiqlərimiz və dostlarımız hələ də onunla maraqlanırsa, bu missiya sözün əsl mənasında bir-iki gün ərzində yerləşdirilə bilər”, - deyə, o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti