COP29

Azərbaycanlı futbolçu təkid etdi, oyunu yarımçıq saxlatdırdı

23 Yanvar 2023 22:40 Hadisə 901
Azərbaycanlı futbolçu təkid etdi, oyunu yarımçıq saxlatdırdı

Azərbaycan millisinin hücumçusu Rufət Dadaşov formasını geyindiyi Almaniya klubu “Şalke”nin ikinci komandasının yoxlama görüşünü yarımçıq saxlatdırıb.

Sportinfo.az-ın “waz.de”yə istinadən məlumatına görə, 32 yaşlı kapitan “Vattenşid”lə matçın əvvəlindən ot örtüyünün yararsız halda olması ilə bağlı baş məşqçini məlumatlandırıb.

Dadaşov bir neçə dəfə qarşılaşmanın dayandırılmasını istəyib. Nəhayət, onun ardıcıl tələbindən sonra baş məşqçilər və baş hakim arasında müzakirə olub.

Nəticədə “Şalke”nin U-23 komandası hesabda 1:0 öndə olarkən görüş yarımçıq dayandırılıb. Eyni problem ucbatından “Şalke”nin U-17 komandasının “Oberhauzen”lə oyunu da ləğv edilib.

Rüfət Dadaşov 2021-ci ildən “Şalke”nin əvəzedici heyətində çıxış edir.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!