Ardıcıl 7-ci dəfə... Dünya çempionatında MARAQLI OLAY

7 Dekabr 2022 00:20 Hadisə 573
Ardıcıl 7-ci dəfə... Dünya çempionatında MARAQLI OLAY

DÇ-2022-nin 1/8 final mərhələsinin Yaponiya ilə matçında Xorvatiya növbəti uğurunu qazanıb.

Avropa təmsilçisi mundialların bu mərhələsinə tarixi ərzində 3 dəfə vəsiqə qazanıb və hamısında 1/4-ə yüksəlməyi bacarıb.

Sportinfo.az xəbər verir ki, mundiallarda 3 dəfə penalti seriyasında qüvvəsini sınayan xorvatlar, bütün hallarda qələbə əldə edib.

O da maraqlıdı ki, mundiallarda sonuncu 7 seriyada vuruşları 2-ci yerinə yetirən komanda qalib gəlib.

Əsas vaxtda xorvatları bərabərlik qolunu vuran İvan Perişiçin isə başqa bir uğuru var. Bu, cinah yarımmüdafiəçisinin dünya və Avropa Çempionatlarında 10-cu qolu idi.

Deməli, 9 qollu Davor Şuker artıq tarixdə qaldı. Ayrıca İvan 5 fərqli AÇ və DÇ-də qol vuran ilk xorvat oldu.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?