İran uğursuz çıxış etdi, baş məşqçi istefa verdi

1 Dekabr 2022 01:40 Hadisə 429
İran uğursuz çıxış etdi, baş məşqçi istefa verdi

İran millisinin baş məşqçisi Karluş Keyruş vəzifəsindən istefa verib.

Sportinfo.az xəbər verir ki, bu barədə 69 yaşlı mütəxəssis öz İnstaqram hesabında məlumat yayıb.

Ötən gün İran millisi DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda ABŞ-a uduzub - 0:1. Komanda bununla da mundialda mübarizəni dayandırıb.

Karluş Keyruş isə İnstaqram hesabənda paylaşım edərək millidən ayrıldığını bildirib:

“Əziz dostlar, arzularınıza çatmaq üçün mübarizə apardığınız və əlinizdən gələni etdiyiniz müddətcə ona çatmamaq ayıb deyil.

Mən sizinlə fəxr edirəm, meydanda və meydandan kənarda əla idiniz. Bu futbol ailəsinin bir hissəsi olmaq mənim üçün şərəf idi.

Siz hörmətə layiqsiniz. Sizə xoşbəxtlik, uğurlar və cansağlığı arzulayıram. Təşəkkür edirəm".

İran millisi DÇ-2022-nin B qrupunda İngiltərəyə 2:6, ABŞ-a 0:1 hesabı ilə məğlub olub, Uels üzərində 2:0 hesablı qələbə qazanıb. Komanda qrupu 3 xalla 3-cü yerdə başa vurub və mundialla vidalaşıb.

Karluş bu ildən İran millisini çalışdırırdı.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”