Millinin futbolçuları arasında mübahisə düşdü – NƏYİN ÜSTÜNDƏ?

24 Noyabr 2022 16:30 Hadisə 662
Millinin futbolçuları arasında mübahisə düşdü – NƏYİN ÜSTÜNDƏ?

Belçika millisinin futbolçuları Kevin De Brüyne və Tobi Alderveyreld arasında insident baş verib.

Sportinfo.az xəbər verir ki, hadisə "qırmızı şeytanlar"ın Qətərdə keçirilən dünya çempionatında Kanadaya 1:0 hesabı ilə qalib gəldikləri F qrupunun I tur oyunu zamanı yaşanıb.

Komanda yoldaşları vurulan qolu qeyd edərkən, "Mançester Siti"nin ulduzu taktiki məsələləri müzakirə etmək üçün yığmanın baş məşqçisi Roberto Martinesə yaxınlaşıb.

Bu zaman söhbətə Alderveyreld də qoşulub və oyunçular bir-biri ilə yüksək tonda danışmağa və mübahisə etməyə başlayıblar.

Matçdan sonra açıqlama verən hər iki futbolçu münaqişənin ciddi olmadığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu