"Qarabağ"la oyunlara qalmadı, ərəb klubuna keçdi

30 Sentyabr 2022 02:40 Hadisə 640
"Qarabağ"la oyunlara qalmadı, ərəb klubuna keçdi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"da ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Konstantinos Manolas Yunanıstan klubunu tərk edib.

30 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərindən "Şardja"ya transfer olunub. Yunanıstan millisinin üzvü yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

"Qarabağ" "Olimpiakos"la ilk oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında ikinci görüş isə bir həftə sonra Bakıda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi