Mahir Emreli: "Bunun sayəsində ailəmizə baxırıq, robot kimi olmalıyıq"

26 Sentyabr 11:00 Hadisə 869
Mahir Emreli: "Bunun sayəsində ailəmizə baxırıq, robot kimi olmalıyıq"

Sportinfo.az xəbər verir ki, millimizin forvardı Mahir Emreli Millətlər Liqasında Qazaxıstanı 3:0 məğlub etdikləri oyun haqda danışıb.

- Milli ardıcıl üç oyunu qalib başa vurdu. Səncə, qələbələr gec olmadı?
- Rəqibdən nəsə gözləməyi sevmirəm. Biz Belarusu səfərdə məğlub edə bilərdik. Bir az məyusedici olan budur. Yaxşı oyunlar göstərə bildik. Məğlub olduğumuz matçlarda da yaxşı çıxış etmişdik. Son 3 görüşdə isə nəticə yaxşı oldu. Bu, ürəkaçan idi. Belə davam etməliyik.

- Hər halda, nəzəri də olsa, pley-off şanslarınız qalır. Yəqin ki, fürsət düşsə, əldən verməzsiniz?
- Təbii ki, istəyərik. Hər futbolçu milli səviyyəsində uğur qazanmaq istəyimiz var. Arzularımızdan biri budur. Belə şans düşsə, inanıram ki, komanda əlindən gələnin artığını edəcək.

- Azarkeşlərlə münasibətin yaxşıdır...
- Zaqrebdə də azarkeşlərin mənə qarşı münasibəti yaxşıdır. Düzdü, bəzi uğursuzluqlarım oldu. Son zədəm bir az ağır keçdi. Orda da hər meydana çıxanda yaxşı oynamaq niyyətim var. Buradakı matçlarda da top mənə gəldikdə, azarkeşlər məndən fərqli nəsə gözləyir. Fanatların dəstəyini hiss edirəm. Önəmli olan qələbə qazanmaqdır.

- "Dinamo"nun heyətində Çempionlar Liqası matçına çıxacağın günü yəqin ki, səbirsizliklə gözləyirsən?
- Əlbəttə ki, belədi. Çempionlar Liqasın oyunlarında meydana çıxmaq istəyirəm. Ümid edirəm ki, baş məşqçi mənə bu şansı verəcək. Məşqçilərin qərarına hörmətlə yanaşmaq lazımdır. Bizim işimiz futbol oynamaqdı. Futbolçu bir az robot kimi olmalıdır. Bu, işdir və bunun sayəsində ailəmizə baxırıq. Robot kimi olmalıyıq. Həvəsdən düşmək olmaz. Gözləyirsən, şans düşən kimi bunu qaçırmamaq lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti