Oğlunun şad gününə hazırlaşan şəhid atası: "Hiss edirdim ki, toyu olmayacaq" - VİDEO

22 Sentyabr 17:50 Hadisə 439
Oğlunun şad gününə hazırlaşan şəhid atası: "Hiss edirdim ki, toyu olmayacaq" - VİDEO

"Bilirdim ki, o sağ qalamayacaq. 44 günlük müharibəsindən sonra gözlərinə baxa bilmirdim.

İndi məni o yandırır ki, onu qucaqlaya bilmədim.

İnsan var ki, sevgisini göstərə bilir, amma mən onu əzizləyə bilmədim. Gözlərinə baxanda insanı fikir aparırdı".

Bu sözləri sentyabrın 13-də ermənilərin törətdiyi təxribatlar nəticəsində şəhid olan baş leytenant Nəcəfzadə Hüseynin atası Abbasqulu Nəcəfzadə deyib. "A Star" layihəsinə danışan şəhidimizn valideyni, övladının həlak olacağını əvvəldən hiss etdiyini bildirib:

"Toyuna hazırlaşmaq üçün əlimi qaldıra bilmirdim. Düzdür, nə deyirdi etdim. İstədiyi musiqiçiləri, rəqqasları danışmışdım. Amma mən hiss edirdim ki, bu toy olmayacaq. Anası onunla bağlı xəyallar qururdu. 10-15 il sonrasını gözünün önünə gətirirdi. Anasına demişdim ki, hərbçidir, hər şey ola bilər, hazırlıqlı ol...".

Xatırladaq ki, 25 yaşlı baş leytenant Nəcəfzadə Hüseyn Abşeron rayonu Saray qəsəbəsindəndir. O, sentyabrın 12-dən 13-nə keçən gecə ermənilərin Azərbacan-Ermənistan sərhədində törətdikləri təxribatlar zamanı şəhid olan 79 qəhrəmanımızdan biridir. Hüseyn nişanlı idi. O, evlənməyə hazırlaşırdı. Erməni təxribatı zamanı həlak olan şəhidimiz doğulduğu Abşeron rayonu Saray qəsəbəsində torpağa tapşırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM