“Neftçi” bilsin: “Genqam”ın seneqallı vingerinin transferi bitdi

1 İyul 2022 02:30 Hadisə 929
“Neftçi” bilsin: “Genqam”ın seneqallı vingerinin transferi bitdi

Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i növbəti transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Limassol təmsilçisi seneqallı Yannik Qomisi heyətinə qatıb.

30 yaşlı hücumameylli yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Afrikalı vingerin son klubu Fransa "Genqam"ı olub.

"Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 18:10 Çək və bizə göndər!