Avropa çempionu olan futbolçularımız üçün XÜSUSİ ZİYAFƏT - FOTOLAR

25 İyun 2022 16:00 Hadisə 1 165
Avropa çempionu olan futbolçularımız üçün XÜSUSİ ZİYAFƏT - FOTOLAR

Minifutbol üzrə Azərbaycan yığmasının Avropa Çempionu olması ölkəmizdə böyük rezonans doğurdu.

Əbəs deyil ki, tarixi uğura ölkə prezidenti İlham Əliyev də xüsusi diqqət göstərərək milli komandanı tam tərkibdə qəbul etdi.

Qazanılan uğuru daha əzəmətli edən isə heyətdəki futbolçuların heç bir qayğı görmədən, müxtəlif yerlərdə çalışaraq minbir əziyyətlə məşqlərə, oyunlara gedərək sonda belə bir zəfər qazanması oldu.

Məsələn, komandanın əsas simalarından sayılan iki futbolçu – Elvin Əlizadə və Mirmehdi Rzayev Sumqayıtda fəaliyyət göstərən və politlen paket məhsulları istehsal edən “Samuray” firması və “Çinarlı 2020 MMC”də işləyirlər.

Daim hər iki işçinin futbol fəaliyyəti ilə rahat məşğul olmasına şərait yaradan “Samuray” firmasının direktoru İlqar Əhmədov və Çinarlı - 2020 MMC-nin təsisçisi Səttar Əliyev indi də onları diqqətdən kənarda saxlamır. Bilməyənlər üçün xatırladaq ki, Səttar Əliyev veteran futbolçudur. O, 20 il “Qarabağ”da futbolçu kimi oynamış, hazırda isə ağdam klubunun Futbol Akademiyasında məşqçi kimi çalışır.

Rəhbər şəxslər bu dəfə fabrikdə Avropa Çempionu olan işçilərinə xüsusi ziyafət təşkil ediblər. Ziyafətdə fabrikin idarə heyətinin üzvləri də iştirak edib.

Səmimi ortamda keçən görüşdə çıxış edən İlqar bəy qazanılan uğurun əhəmiyyətindən danışıb: “Böyük uğur münasibəti ilə sizə təşəkkür edirəm. Daim çalışmışıq ki, Elvin və Mehdiyə futbola zaman ayırmaları üçün şərait yaradaq. Əlimizdən gələn köməyi etməyə çalışmışıq. Hər zaman dua edirdim ki, əziyyətləri yerdə qalmasın. Və indi bütün kollektivimiz fəxr edir ki, sizin kimi işçilərimiz var. Müəssisəmiz fəaliyyət göstərdiyi müddətdə də bu uğurun sevinci bizimlə olacaq. İşçilərimizin ölkəmizi xaricdə layiqincə təmsil etməsi qürurvericidir. Nəinki bütün işçi heyət hətta bütün Azərbaycan sizinlə fəxr edir”.

İşçi-futbolçular da daim rəhbərliyin dəstəyin hiss etdiklərin dilə gətirib, gördükləri diqqət və qayğıya görə öz minnətdarlıqların bildiriblər.

Sonda İlqar bəy qarşıdan gələn Dünya Çempionatında işçilərinə uğurlar arzu edib və zərfə qoyulmuş pul hədiyyəsini onlara təqdim edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı