Ronaldoya “dostumuzdur” deyən: “Bura Azərbaycan üçün gəlmişik”

11 İyun 2025 09:20 Hadisə 1 232
Ronaldoya “dostumuzdur” deyən: “Bura Azərbaycan üçün gəlmişik”

“Kristianu Ronaldu başqa yığmanın futbolçusudur.

Dostumuzdur, amma o barədə danışa bilmərəm”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Portuqaliya yığmasının Millətlər Liqasının qalibi olmasına münasibət bildirərkən deyib.

Portuqaliyaya tarixində ilk Avropa çempionluğunu və ilk Millətlər Liqası Kubokunu qazandırmış 71 yaşlı mütəxəssis sabiq komandasının iyunun 8-də əldə etdiyi növbəti titul haqqında danışmaq istəməyib: “Bura Azərbaycan üçün gəlmişik”.

Fernandu Santuş 2014 – 2022-ci illərdə Portuqaliya yığmasında baş məşqçi olub. Onun rəhbərlik etdiyi komanda 2016-cı ildə Avropa çempionu, 2019-cu ildə isə Millətlər Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi