Antalyaya De Byazi yox, başqa italyan yollandı

19 Yanvar 2022 23:40 Hadisə 533
Antalyaya De Byazi yox, başqa italyan yollandı

Canni de Byazi Antalyaya yollanmayacaq.

Dekabrda Türkiyə haqda planlar quran italiyalı çalışdırıcı koronavirusa yoluxandan sonra fikrini dəyişib.

Həkimlər millimizin baş məşqçisinə ehtiyatlı olmağı məsləhət görüb.

Odur ki, Azərbaycan təmsilçilərinin hazırlıq keçdiyi kurort şəhərinə Canninin köməkçiləri – Arif Əsədovla Benito Karbone yollanıb.

Millinin məşqçiləri yanvarın 18-də Antalyaya üz tutub ki, ayın 26-na qədər orada olacaqlar. Mütəxəssislər artıq iki oyunu izləməyə imkan tapıb.

Bunlar “Qəbələ” – “Zaqlembe” və “Neftçi” – “Visla Plotsk” görüşləri olub.

Arif Əsədov Sportinfo.az-a açıqlamasında hələlik iki oyuna baxdıqlarını, hazırlığın son gününə qədər digər yoldaşlıq görüşlərini də izləyəcəklərini bildirib.

Məqsəd faktiki milli üzvlərinin hazırkı durumuna baxmaq, potensial üzvləri nəzərdən keçirməkdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"