Premyer Liqada baş verən hadisə - Nazirə görə gələn zəng

27 Noyabr 2021 18:00 Hadisə 1 367
Premyer Liqada baş verən hadisə - Nazirə görə gələn zəng

Azərbaycan Premyer Liqasının XII turunda keçiriləcək "Sabah" - "Keşlə" matçının başlama saatı dəyişdirilib.

Bu barədə "report"a Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

Daha əvvəl matçın startı 16:00-da planlaşdırılsa da, görüş bir saat əvvəl başlayıb. Abbasov dəyişikliyin texniki səbəbdən baş verdiyini söyləyib.

O, qarşılaşmanın günü dəyişmədiyi üçün əlavə məlumat vermədiklərini sözlərinə əlavə edib. PFL rəsmisi proqram mətnində və turun əks olunduğu hissədə dəyişikliklərin edildiyini və daha əvvəl də belə praktikanın yaşandığını diqqətə çatdırıb.

Meydan sahibi "Sabah"ın mətbuat katibi Elnur Həmidov isə bildirib ki, vaxt dəyişikliyində klubun heç bir rolu olmayıb.

PFL-in oyunun vaxtını xəbərsiz dəyişməsi “yuxarı”nın müraciəti ilə gerçəkləşib. Nazirlərdən birinin matçı izləmək isəməsi ilə əlaqədar.

Müraciət qəfil olduğundan, təşkilatçı qurum oyundan yalnız bir neçə saat əvvəl klubları bundan məlumatlandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti