Lənkəran komandalarını çempionatdan uzaqlaşdırdı - AFFA

27 Noyabr 2021 14:20 Hadisə 982
Lənkəran komandalarını çempionatdan uzaqlaşdırdı - AFFA

AFFA İntizam Komitəsi Lənkəranın "Təhsil" komandasını U-13 və U-10 liqalarından kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, buna hər iki komandanın çempionat oyunlarına təyin olunan vaxtda gəlməmələri səbəb olub.

"Təhsil"in U-13 komandasına “Qala 95” (Masallı) ilə, U-10 komandası isə “Xəzər 92” ilə görüşdə üzrlü səbəb olmadan iştirak etməyib.

Bu hal üçüncü dəfə təkrarlandığından, onlar yarışdan xaric olunub. Komanda çempionat oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!