"Yox" demək mümkün deyil, onun viskisini dadmalı idim" - FOTOLAR

16 Oktyabr 2021 21:40 Hadisə 429
"Yox" demək mümkün deyil, onun viskisini dadmalı idim" - FOTOLAR

"Roma"nın baş məşqçisi Joze Mourinyo Romada UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor Konor Makqreqorla görüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis özünün "İnstaqram" səhifəsində yazıb.

Joze Makqreqora 10 nömrəli "Roma" forması verib, Konor şirkətinin istehsal etdiyi viskinin dadına baxıb.

Mourinyonun sözlərinə görə, döyüşçüyə yox deyə bilməyib və spirtli içkisini dadmaq məcburiyyətində qalıb.

"Bəli, budur! Böyük Conor Makqreqor indi Romadadır. Onunla tanış olmaq, bəzi hekayələr bölüşmək və ona şəhərin ən gözəl formasını - "Roma" formasını təqdim etmək çox xoş idi.

Konora yox demək mümkün deyil, onun viskisini dadmalı idim. Əfsanə".

Digər Xəbərlər
Xəbər Lenti