Mübariz Mənsimov ETİRAZ ETDİ: “Mənim adımdan istifadə edib...”

23 Sentyabr 2021 14:20 Hadisə 2 718
Mübariz Mənsimov ETİRAZ ETDİ: “Mənim adımdan istifadə edib...”

“Axır zamanlar bəzi TV kanalları, internet TV-lər, köşə yazarları, bloqerlər mənim və şirkətimin adından sui-istifadə edərək silsilə verilişlər hazırlayırlar.

Biz də sizin kimi bu verilişlərdən və yazılardan işıq üzü görəndə xəbər tuturuq.

Mənim və şirkətimin adından danışan hər kəsdən xahiş edirəm ki, mənim rəyim və razılığım olmadan verilişlər hazırlamayın və efirə verməyin.

Nəticədə belə güman edilir ki, bu verilişlər (yazılar) mənim sifarişimlə və maliyyə dəstəyimlə hazırlanır”.

Sportinfo.az xəbər verir ki, bu barədə “Xəzər Lənkəran”ın sahibi, “Palmali”nin prezidenti Mübariz Mənsimov öz “feysbuk” hesabında bildirib.

İş adamı daha sonra sözlərinə belə davam edib: “Mən bu günə qədər heç bir media şirkətinə 1 qəpik də olsun, nə vermişəm, nə verərəm, nə də bundan sonra verməyi düşünürəm.

Heç bir medianı maddi cəhətdən dəstəkləməmişəm və bundan sonra da belə olacaq. Belə verilişlər mənim xəbərim olmadan hazırlanır.

Bu verilişlərin məzmunu idarə etdiyim “Palmali” şirkəti ilə və mənimlə razılaşdırılmır. Bu səbəbdən razılaşdırılmamış xəbərlərin yayılmasını doğru saymıram.

Bu xəbərləri yayaraq bizi alətə çevirməyiniz səhv addımdır. Mən iş adamıyam. İşim gəmilərlə və gəmiçilərlədir.

Bu çətin vaxtda bir də boş söhbətlərə alət etməyin bizi. Mənim adımdan istifadə edib, yayılan xəbərlərin dayandırılmasını tələb edirəm.

Bu tərz xəbərləri pisləyir və bu şəkildə mənə verilən özlərinə məxsus dəstəyi istəmir və qəbul etmirəm”.

Digər Xəbərlər
Xəbər Lenti