Nazirin qəbulunda oldular

18 İyun 2025 03:50 Hadisə 1 415
Nazirin qəbulunda oldular

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevi qəbul edib.

Sportinfo.az xəbər verir ki, nazir iyunun 21-də keçiriləcək döyüşlərdə onlara uğurlar arzulayıb.

İdmançılar isə öz növbəsində yarışa hazırlıqları barədə məlumat veriblər.

İyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcəklər. Bu həm də T.Musayevin UFC-də debütü olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi