Messi ilə bağlı suala sərt reaksiya verdi: “Messi mənimlə oynayıb, mən onunla yox”

27 İyul 2021 01:38 Hadisə 944
Messi ilə bağlı suala sərt reaksiya verdi: “Messi mənimlə oynayıb, mən onunla yox”

“Barselona”nın keçmiş hücumçusu Samuel Eto Lionel Messi ilə oyun təcrübəsi barədə suala sərt reaksiya göstərib.

Sportinfo.az xəbər verir ki, kamerunlu sabiq futbolçunun fikirlərini “Daily Mail” agentliyi dərc edib.

“Messi mənimlə oynayıb, mən onunla yox. Bunlar fərqli məsələlərdir.

Mənim dövrümdə o mənimlə oynayıb, mən onunla yox. Hər şey tamamilə fərqli idi”, - deyə Samuel Eto vurğulayıb.

S.Eto L. Messinin gələcək karyerası ilə bağlı da fikirlərini bildirib.

Messinin “Barselona”dakı karyerasına gəlincə, onun başqa bir klubun formasını geyinəcəyini təsəvvür edə bilmirəm. “Barselona” onun evi, klubu, sevgisidir.

Düşünürəm ki, onun komandaya sədaqəti pulla əlaqəli deyil. Leo “Barselona”, ​​“Barselona” isə Messidir. Mən bilirəm ki, Laporta onun üçün etibarlı və maraqlı bir layihə hazırlayıb”, - deyə 40 yaşlı S.Eto fikrini tamamlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı