Premyer Liqanın sabiq hücumçusu meydanın mərkəzindən qol vurdu - VİDEO

27 İyul 2021 00:28 Hadisə 480
Premyer Liqanın sabiq hücumçusu meydanın mərkəzindən qol vurdu - VİDEO

İrlandiyanın "Atlon" klubunun futbolçusu Qlen Makoli ölkə kubokunun oyununda baxımlı qol vurub.

Sportinfo.az xəbər verir ki, "Ueterford"la matçın 124-cü dəqiqəsində topu meydanın mərkəzindən birbaşa rəqib qapısına göndərən 21 yaşlı hücumçu het-trikini rəsmiləşdirib.

Gənc forvard bu qolla hesabı bərabərləşdirib - 4:4. Nəticədə qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (4:2) "Ueterford" komandası növbəti mərhələyə adlayıb.

Qlen Makoli 2016 - 2019-cu illərdə İngiltərə "Liverpul"unda çıxış etsə də, əsas komandaya yüksələ bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"