
“Qəbələ” və “Neftçi”nin sabiq çalışdırıcısı Roman Qriqorçuk məşqçiliyə fasilə vermək qərarına gəlib.
Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Ötən mövsümə “Neftçi”də başlayan və sonradan ölkəsində LNZ klubunun “sükanı arxasına” keçən 59 yaşlı mütəxəssis hazırda işsizdir.
Qriqorçuk Ukraynanın bir neçə klubundan dəvət alsa da, heç birini qəbul etməyib. O, qarşısına böyük hədəflər qoyan komandanı çalışdırmaq istəyir.
Bu səbəbdən ürəyincə olan klubdan təklif gəlmədiyi müddətdə məşqçiliklə məşğul olmamaq qərarına gəlib.
Ötən ilin yayında “Neftçi”yə təyin olunan Roman Qriqorçuk qələbəsiz keçən ilk 9 turdan sonra “ağ-qaralar”dan istefaya göndərilmişdi. O, daha əvvəl 2014-2018-ci illərdə “Qəbələ”yə rəhbərlik edib.