Ronaldo azərbaycanlı futbolçunu tək buraxmadı

24 İyun 2021 17:00 Hadisə 3 245
Ronaldo azərbaycanlı futbolçunu tək buraxmadı

Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldonun Avropa çempionatının F qrupunun III turunda Fransaya vurduğu ikinci qol onun üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 60-cı dəqiqədə penaltidən fərqlənən 36 yaşlı hücumçu yığmadakı qollarının sayını 109-a çatdırıb.

O, bununla da, İran komandasının Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu (109 qol) təkrarlayıb.

Ronaldo dünya və Avropa çempionatlarında vurulmuş qolların sayına görə ilk pilləyə yüksəlib. Hazırda onun aktivində ümumilikdə 21 qol var. O, bu qolların 14-nü qitə çempionatında, 7-ni isə mundialda vurub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"