Dostunun toyuna getdi, maşınını oğurlamağa çalışdılar – SİLAHLI HÜCUM

19 İyun 2021 23:00 Hadisə 625
Dostunun toyuna getdi, maşınını oğurlamağa çalışdılar – SİLAHLI HÜCUM

Son Fransa çempionu "Lill"in futbolçusu Reynildu Mandava ölkəsi Mozambikdə hücuma məruz qalıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun sosial media hesabı məlumat yayıb.

Onun durumunun yaxşı olduğu bildirilib.

Fransa mətbuatı isə yazıb ki, Reynildu istirahət etdiyi ölkəsi Mozambikdə dostunun toyuna gedən zaman onun maşınını oğurlamağa çalışıblar.

Cinayətkarların silahdan atəş açması nəticəsində avtomobilin pəncərələri qırılıb. Baş verənlərdən sonra futbolçu polis bölməsinə gedib və gecəni orada keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı