İş adamı klubu satın aldı, 126 kiloluq oğlunu hücumçu etdi - FOTO

18 May 2021 22:00 Hadisə 1 454
İş adamı klubu satın aldı, 126 kiloluq oğlunu hücumçu etdi - FOTO

Çinli iş adamı He Şihua 2-ci Liqa klubu "Zibo Kuju"nu satın alandan sonra misli görülməmiş hərəkəti ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, o, öz oğlunu komandanın hücumçusu edib.

Maraqlısı isə budur ki, He Şihuanın övladının düz 126 kiloqram çəkisi var. Rəhbər şəxs oğlunu "Şixuan Jiunu" ilə matçın 90-cı dəqiqəsində meydana daxil edib.

Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb. "Zibo Kuju" 5 matça cəmi 1 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"