
"Yuventus"un və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo bütün avtomobillərini Turin şəhərindən çıxarıb.
Sportinfo.az xəbər verir ki, daşımanı Lissabon şirkəti həyata keçirib.
Şirkət əməkdaşları gecə vaxtı 36 yaşlı hücumçuya məxsus bütün 7 avtomobili aparıblar.
İspaniyanın "Cuatro 14" telekanalı Ronaldunun bu yay "Sportinq"ə transferinin mümkünlüyünü xəbər verib. "Tutto Sport" portalı isə təcrübəli forvardla Fransa PSJ-sinin maraqlandığını yazıb.
"Yuventus" İtaliya A Seriyasının bitiminə bir tur qalmış 5-ci yerdə gedir və Çempionlar Liqasına vəsiqə verən 3-4-cü pillələrdəki "Milan" və "Napoli"dən 1 xal geri qalır.
"Sportinq" isə Portuqaliya çempionu olub. Kriştianu Ronaldonun ilk peşəkar klubu məhz "Sportinq" (2002 - 2003) olub.