Ulduz Nurlan Novruzov, “at oğrusu” Honda

21 Aprel 2021 15:00 Hadisə 1 183
Ulduz Nurlan Novruzov, “at oğrusu” Honda

Əvvəlcə onu ərz edək ki, Biləcəridən o tərəfə çıxan istənilən azərbaycanlı futbolçuya böyük hörmət bəsləyirik.

Nöşün ki, Biləcəridən o tərəfə çıxmaq cəsarətində və potensialında olan futbolçularımız çox azdır.

Və Nurlan Novruzovun da Nepala getməsini ikiəlli dəstəkləyirik.

Adam bəziləri kimi istedadından qat-qat artıq məvacib alıb Azərbaycanda şellənməkdənsə, dünyanın o başına üz tutub futbol oynamaq üçün.

Və onu da ərz edək ki, dünyanın istənilən ölkəsində - lap Nepalda futbolçu kimi inkişaf etmək mümkündür, Azərbaycanda isə yox. Bu da belə, indi isə keçək yazımızın “mustafasna”. Nurlan Novruzov Nepalda ulduz kimi qarşılanıb.

Onun ictimaiyyətə təqdimatı da yüksək səviyyədə olub. Bu nəyin göstəricisidir? Nepalda futbol zəif ola bilər, Nepal çempionatı lap zəif ola bilər. Amma bu ölkədə futbolun marketinq tərəfi olduqca yüksəkdir.

Nurlan Novruzov Nepala getməzdən bir müddət əvvəl Azərbaycana yapon futbolçu Honda gəlmişdi. Dünya futbolunda yetərincə tanınan sima.

Amma onun gəlişi Azərbaycan cəmiyyətində heç bir ajiotaj yarada bilmədi. Bir -iki idman saytı və bir-iki də “Neftçi”sevər jurnalistlər haray-həşir saldılar, vəssalam.

Cəmiyyətin tükü də tərpənmədi. Elə bil Azərbaycana Yaponiyadan ulduz futbolçu yox, “at oğrusu” gəlmişdi. Bəlkə də, “at oğrusu”nun gəlişi daha böyük ajioatj yaradardı.

Yəni deməyimiz odur ki, Azərbaycanda futbol zəifdir, Azərbaycan çempionatı da zəifdir, amma Azərbaycanda futbolun marketinq yönü lap zəifdir. AFFA rəsmilərini də Nepala göndərmək lazımdır.

BİZ

Digər Xəbərlər
Xəbər Lenti