“Onu qaraja qoyacağıq ki, maşınlara baxsın, oğrular qorxub heç nə oğurlamasınlar”

7 Mart 2021 02:24 Hadisə 1 640
“Onu qaraja qoyacağıq ki, maşınlara baxsın, oğrular qorxub heç nə oğurlamasınlar”

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki isveçli forvardın San Remo musiqi festivalında səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

Gey-partiyanın mətbuat xidmətinin rəhbəri Fabritsio Maratso 40 yaşlı superulduzu tənqid edib. Buna Zlatanın tədbir zamanı biseksual sayılan müğənni Axille Lauro haqda dediyi sözlərdir:

"Onu qaraja qoyacağıq ki, maşınlara baxsın. Oğrular içəri girəndə ondan qorxaraq heç nə oğurlamasınlar".

Maratso bunların təhqiredici sözlər olduğunu deyib, Zlatanı homofobiya və ayrı-seçkilikdə günahlandırıb.

Zlatan İbrahimoviç martın 2-dən 6-dək keçirilən San Remo festivalına hər gün qatılır.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”