Şəhid məzarlarının çələnglərinin sökülməsi ilə bağlı açıqlama - VİDEO

5 Mart 2021 11:30 Hadisə 1 342
Şəhid məzarlarının çələnglərinin sökülməsi ilə bağlı açıqlama - VİDEO

Sosial şəbəkələrdə Gəncə şəhərinin Şəhidlər Xiyabanında şəhid məzarları üzərində olan gül çələngləri, bayraq və bəzəklərin sökülməsiylə bağlı görüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, kiçik bayraq və gül çələngləri yaxınlıqdakı zibil qutusuna atılıb.

Şəhidlərin yaxınları bu vəziyyətə narazılıq edib, bu addımın onlardan xəbərsiz atıldığını bildiriblər.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo” məsələ ilə bağlı Nizami Rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədovla əlaqə saxlayıb.

O, məzarlardan qurumuş gül çələnglərinin yeniləri ilə əvəzlənməsi üçün uzaqlaşdırıldığını bildirib.

“Qəbiristanlığın işçiləri tərəfindən bir neçə gündür ki, məzarlar qurumuş çələnglərdən təmizlənir. Çünki çələnglər quruyub, külək də onları aşırıb ora-bura atır. Bu gün də qara bayram olduğuna görə bələdiyyə tərəfindən bütün məzarların üstü təmizlənib. Biz gül mağazaları ilə danışmışıq, hamısını bəzəyəcəyik. İki gündür orada iş gedir”.

Bayraqların zibilliyə atılması ilə bağlı sualımıza gəlincə isə, Q. Məmmədov bildirdi ki, yerə atılanlar qurumuş çələnglərin üzərində olan bayraq şəkilli lentlərdir.

Bələdiyyə sədrinin sözlərinə görə, əslində onlar yerə atılmayıb, sadəcə bir yerə toplanıb və maşın gələndən sonra götürüləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"