"Borussiya"nın ulduzu Azərbaycanla oyuna gəlməyəcək?

3 Mart 2021 17:40 Hadisə 558
"Borussiya"nın ulduzu Azərbaycanla oyuna gəlməyəcək?

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Portuqaliya yığması daha bir problemlə üzləşib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Rafael Gerrero zədələnib.

Dortmund “Borussiya”sının sol cinah oyunçusu Almaniya kubokunun 1/4 final mərhələsində Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşmanın 5-ci dəqiqəsində zədələnərək əvəzlənib.

Sol ayağında əzələ problemi yaranan Gerreronun Portuqaliyanın qarşıdakı oyunlarında iştirakı sual altına düşüb.

Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsində ilk oyununu martın 24-də Azərbaycana qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!