2 ay komada qalan qazimizdən XƏBƏR VAR - VİDEO

2 Mart 12:30 Hadisə 946
2 ay komada qalan qazimizdən XƏBƏR VAR - VİDEO

44 günlük vətən müharibəsində Murovdağ istiqamətində ağır xəsarət alaraq 2 ay komada qalan qazimizdən xəbər var.

Sportinfo.az xəbər verir ki, qazimiz Türkiyəyə müalicəsini davam etdirmək üçün yola salınacaq.

Qazimizin yaşadığı Sumqayıt şəhərində evində ziyarət olunub..

İkinci Qarabağ müharibəsində gözünü qırpmadan düşmənə ağır zərbələr vurub. 8 nəfərlə Murovdağ istiqamətində ermənilərə qarşı ağır döyüşlərdə fəal iştirak edib.

Həmin vaxt yoldaşlarından 4 nəfəri şəhid olub. Yanlarına düşən minamyot 22 yaşlı topçu Cahangir Əliyevi ağır yaralayıb.

Bakıda Mərkəzi Hərbi Klinik Hospitalda yerləşdirilib və 2 ay komada qalıb. Aldığı zərbə nəticəsində sol tərəfdən kəllə sümüyü sınıb, barmaqları qopub.

Qazimizin evində hazırda hospitalda müalicəsini davam etdirən Cahangir Əliyevlə videobağlatı yaradılıb.

Qazimizin atası deyir ki, oğlu sentyabrın 27-də hər kəs kimi döyüşə yollanıb. Bir neçə gün Cahangirdən xəbər ala bilmədikdə onlara övladlarının şəhid olduğu xəbəri verilib. Ancaq sonradan ağır yaralandığı məlum olub.

22 yaşlı qazi Cahangir Əliyev bu yaxınlarda "Yaşat" fondunun dəstəyi ilə Türkiyədə müalicəsinin davam etdirilməsi üçün yola salınacaq. (xezerxeber.az)

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü