Generalın qızından atasını “satqın” adlandıran Paşinyana cavab - “Dezertir”

2 Mart 2021 10:10 Hadisə 500
Generalın qızından atasını “satqın” adlandıran Paşinyana cavab - “Dezertir”

Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyanın qızı Asmik atasını “satqın” adlandıran Baş nazir Nikol Paşinyana cavab verib.

Sportinfo.az xəbər verir ki, Asmik Qasparyan “Facebook” səhifəsində paylaşım edərək Paşinyanı “orduya yararsız” adlandırıb.

“Əgər bir gün “dezertir” sizə hakimlik edərsə, təəccüblənməyin... “Yararsızlar” qrupu vətənin müdafiəçilərindən danışıb, onları satqın adlandıranda gülməli görünür.

Yeri gəlmişkən, bu cür insanların intonasiyası birbaşa cəbhə xəttindən uzaqlaşma dərəcəsindən asılıdır. Çox güldüm”, - deyə Qasparyanın qızı bildirib.

Xatırladaq ki, Paşinyan bu gün tərəfdarlarının mitinqi zamanı Onik Qasparyanı “Serj Sarkisyanın əmrlərini yerinə yetirən satqın” adlandırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı