COP29

Bütün gizlinlər üzə çıxdı - AFFA-nın prezidenti postuna gətiriləcək şəxs…

21 Fevral 14:20 Gündəm 4 958
Bütün gizlinlər üzə çıxdı - AFFA-nın prezidenti postuna gətiriləcək şəxs…

Azərbaycan futbolunda 2024-cü ilin hadisəsi marta təsadüf etməlidir.

Gələn ay bütün diqqətlər AFFA-ya yönələcək.

Hesabat-seçki konfransının öncə martın əvvəlində təşkili düşünülmüşdü. Həftələr öncə məlum oldu ki, bu tarix ertələnib, gələn ayın son ongünlüyünə saxlanılıb.

Gündəliyin bir nömrəli məsələsi seçkilərdir. İndi hamı «AFFA-nın növbəti prezidenti kim olacaq» sualına cavab axtarır.

Bircə dəqiq olan məlumat var - Rövnəq Abdullayev növbəti seçkilərdə iştirak etməyəcək. Hər halda AFFA-dan mediaya ötürülən informasiyalar içində bu xəbər üstünlük təşkil edir.

2008-ci ildən AFFA-da rəhbər vəzifəni tutan Abdullayevin, əslində, futbol sektorunu tərk eləməyə könlü yoxdur. Sadəcə, məcburdur. Çünki inişil SOCAR-dakı vəzifəsindən gedib, qalıb bircə AFFA, o da əldən çıxmaq üzrədir.

Mediada, müxtəlif kluarlarda bir çox namizədin adı çəkilir. Burada daha kimlərin adını eşitmirik ki..

! Ölkənin ictimai-sosial həyatında tanınan fiqurlardan tutmuş ta nazirlərə, komitə sədrlərinə, deputatlara, şirkət/holdinq sahiblərinə kimi!

Bu, realdırmı? AFFA-nın yeni, amma ictimaiyyətdən gizlədilən nizamnaməsinə görə bəli!

2004-cü ildə qəbul edilən «konstitutsiya»nın dəyişdirilməsini qoy sizlərə xəbər verək. Bizə məlum olub ki, Elxan Məmmədov 2020-ci ildə federasiyanın «qanun toplusu»na babat «əl gəzdirib».

Həmin vaxta kimi baş katib postunu tutan E.Məmmədov icraçı vitse-prezident vəzifəsinin yaradılması, özünün ora təyinatı, eyni zamanda, İcraiyyə Komitəsində təmsil olunması üçün nizamnamənin «altından vurub, üstündən çıxıb».

Burada əksini tapan əksər müddəalar kimi, prezident seçkilərinə aid bəndə də «əlini bulayıb».

Əvvəl məhdudiyyət var idi: göstərilirdi ki, futbol sektorunda 2 illik əmək fəaliyyəti olmayan şəxsin prezidentliyə namizədliyi qeydə alına bilməz.

E.Məmmədov «təklif» verərək, bu müddəti öncə 1 ilə endirib, daha sonra yerli-dibli ləğv etdrib. Təbii ki, öz imzasıyla deyil.

Nizamnamədəki dəyişikləri illik hesabat-seçki konfransında rəsmiləşdirib. «Fatı qalx, Fatı otur» prinsipi ilə konfransda iştirak edən üzvlər sakitcə təklifə səs verib.

Bu deməkdir ki, indiyədək futbol camiəsinə heç bir aidiyyatı olmayan şəxs gəlib AFFA-ya seçkilərdə iştirak haqqına sahibdir.

Odur ki, tanımadığımız bir istənilən fərdi qarşıdakı 4 il müddətində federasiyanın başında görsək, heyrət içində donub qalmamalıyıq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"