Azərbaycan millisinin yarımmüdafiəçisi klubunu dəyişdi

10 Fevral 11:00 Gündəm 1 030
Azərbaycan millisinin yarımmüdafiəçisi klubunu dəyişdi

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyədə klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, ötən yay "Bandırmaspor"a transfer olunan 30 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Çorum"la anlaşıb.

Onun yeni klubu ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

C.Diniyev "Bandırmaspor"un heyətində meydana çıxdığı 20 matçda 2 məhsuldar ötürmə edib.

Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!